"Konte dedi ki, mən mütləq "Napoli"də qalacam? Onun sözlərinə hörmət edirəm, amma..." - "Kvara" gələcək planlarından danışıb
Avropa çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Gürcüstan - Portuqaliya oyunundan (2:0) sonra görüşün ən yaxşı futbolçusu Xviça Kvaratsxelia RAI-yə müsahibəsində gələcək planlarından danışıb.

Bildiyiniz kimi, dünən “Napoli”nin yeni baş məşqçisi Antonio Konte mətbuat konfransı keçirərək, “Kvara”nın gələcək planlarına daxil olduğunu və gürcüdnün uzaqlaşdırılmasının əleyhinə olduğunu təsdiqləyib.

Xviçanın sözlərinə görə, o, hələ gələcəyi ilə bağlı qərar verməsə də,
italiyalı mütəxəssisin sözlərini yüksək qiymətləndirir.

"Antonio Konte dedi ki, mən mütləq "Napoli"də qalacağam? Hələ bilmirəm. Onun sözlərinə hörmətlə yanaşıram, çünki o, dünyanın ən yaxşı məşqçilərindən biridir, amma qərar vermək üçün vaxta ehtiyacım var. "Mən "Napoli"yə hörmət edirəm və bu klubu çox sevirəm, lakin indiki mərhələdə gələcəyim üçün cavabım yoxdur", - Kvaratsxelia deyib.

Mənbə: sportall.ge

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google