Gürcüstan NATO sammitində təmsil olunacaq - İrakli Kobaxidze
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan NATO sammitində təmsil olunacaq. O, bu barədə iyunun 27-də jurnalistlərə danışıb.

Onun sözlərinə görə, NATO sammitinə kimin gedəcəyi daha sonra dəqiqləşdiriləcək.

"Məsləhətləşmələr olacaq, əsas odur ki, ölkə sammitdə təmsil olunacaq, qalan detallar dəqiqləşdiriləcək. Sonra təfərrüatlar barədə sizə məlumat verəcəyəm. Ölkə NATO sammitində təmsil olunacaq", - Baş nazir bildirib.

NATO-nun Vaşinqton sammiti iyulun 9-11-də keçiriləcək. “Agentlər qanunu”nun qəbul edilməsinə və anti-Qərb ritorikasına baxmayaraq, Şimali Atlantika Müqaviləsi Təşkilatı bir neçə gün əvvəl Gürcüstanı dəvət edib.

İyunun 24-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olan yüksək vəzifəli Ceyms (Cim) O'Brayen Vaşinqtonda sammitlə bağlı jurnalistlərlə görüşündə suallardan birinə cavab olaraq deyib:

“Bəli, Gürcüstan və bütün tərəfdaşlar dəvət olunacaq”.

Sonra o, bir daha qeyd etdi ki, artıq Gürcüstan nümayəndələrinə “tərəfdaşlıq tədbirləri”ndə iştirak etmək üçün dəvət göndərilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google