Ukraynada daha bir gürcü döyüşçü Amiran Zoidze həlak olub
Gürcü döyüşçü Amiran Zoidze Rusiyanın Ukraynadakı hərbi təcavüzünə qarşı müharibədə həlak olub. Bu barədə Gürcüstan döyüşçülərindən ibarət “Tbilisi” xüsusi təyinatlı dəstəsi məlumat yayıb.

Onların məlumatına görə, Amiran Zoidze Avdiivka istiqaməti uğrunda döyüşüb.

"Tbilisi" xüsusi təyinatlı dəstəsinin döyüşçüsü Amiran Zoidze Avdiivki istiqamətində rus işğalçılarına qarşı döyüşdə qəhrəmancasına həlak olub. Qəhrəmanlara şöhrət! Gürcüstana şöhrət! Ukraynaya şöhrət!"
- onların məlumatlarında yazılıb.

Rusiya Ukraynada müharibəyə 2022-ci il fevralın 24-də başlayıb. Bu günə qədər 60-dan çox gürcü döyüşçüsü
Rusiyanın hərbi təcavüzü nəticəsində həyatını itirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google