Marneulidə avtomobillərin saxlanılması qaydasını patrul tənzimləyəcək
Marneuli bələdiyyəsində 6 küçədə təmassız patrul yol hərəkət nişanları yerləşdirilib.

Rustaveli, Qudiaşvili, 26 may, Kostava, Çoloğaşvili və Ağmaşenebeli küçələrində 30 yerdə dayanmağı qadağan edən nişanlar yerləşdirilib.

Meriyanın İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdelani “Marneuli” radiosuna bildirdi ki, yerli özünüidarə patrul polisinin müraciəti əsasında lövhələrin quraşdırılmasını təmin edib.

“Bu ilin əvvəlində patrul polisinə müraciət etmişdik. Təmassız
patrul yol nişanlarının quraşdırılması tələb edirdik. Bizə lövhələrin harada quraşdırılmasını özləri göstərdilər. Həmin yol zonasında cərimələr və qaydalar patrul polisinin özü tərəfindən tənzimlənir. Onlar əsasən mərkəzi küçələrdə yerləşir. Dayanmanın qadağan edildiyi yerlərdə avtomobil saxlanılan zaman (vətəndaşlar) foto, videomaterial çəkə bilər və (patrul polisinə) zəng etmədən sürücülərə cərimə göndəriləcək”,
– Beka Abdelani deyir.

Təmassız patrul yol hərəkəti tənzimləməsinin vasitələrindən biridir və bu zaman sürücünü dayandırmadan pozuntu qeydə alınır və cərimələnir. Bu vasitə çox ölkələrdə mövcuddur və yol hərəkəti qaydaları pozuntusunun qarşısının alınmasına xidmət göstərir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google