Qiorqi Mamardaşvili 20 illik rekordu təkrarlayıb
Gürcüstan millisinin qolkiperi 20 illik rekordu təkrarlayıb.

Məlumata görə, futbol üzrə Gürcüstan millisinin qapıçısı Qiorqi Mamardaşvili Avropa çempionatının qrup mərhələsində 21 seyv edib.

Üç oyuna bu göstəricini əldə edən Mamardaşvili Latviya millisinin sabiq qapıçısı Aleksandr Kolinkonun AVRO-2004-dəki rekordunu təkrarlayıb.

Xatırladaq ki, AVRO-2024 qrup mərhələsinin III turunda Gürcüstan gözlənilmədən Portuqaliyanı məğlub edib. F qrupunun matçında qonşu ölkənin
komandası pireneylilərin qapısından iki cavabsız top keçirməklə qalib gəlib və adını 1/8 finala yazdırıb.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google