Azərbaycan Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərib – Azərbaycan Xarici İşlər Naziri
Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib.

Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: "Bu da sülh üçün ən böyük əngəllərdən
biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik".


Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: "Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google