Marneulidə iki qadının dünyasını dəyişdiyi faciədən 2 il ötür – binada hələ də möhkəmləndirmə işləri aparılmayıb
Marneulidə, Nərimanov küçəsində baş vermiş, iki qadının ölümünə səbəb olan faciədən 2 il ötür. Dünyasını dəyişən qadınlardan biri hamilə idi. Nərimanov 1 ünvanında yerləşən binada, beçinci mərtəbənin eyvanı 2022-ci ilin 26 iyun tarixində uçub.

Artıq iki ildir ki, Nərimanov 1 ünvanında yerləşən bina sakinləri qorxu içində yaşamalı olurlar – yaşayış binalarının uçacağını gözləyirlər, amma hamı alternativ
sahə tapa bilmir.

Eyvanlar uçduqdan sonra Marneuli meriyası yaşayış binasını araşdırıb. Ekspertlərin nəticəsinə əsasən, Nərimanov 1 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir və orada yaşamaq təhlükəlidir. Buna baxmayaraq, binada hələ də bərpa işləri aparılmayıb.

Eyvanların uçması nəticəsində Raya Əliyeva dünyasını dəyişib. O, Nərimanov 1 ünvanında yerlşən binada, beşinci mərtəbədə yaşayaırdı. Rayanın övladı Akif Bayramov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, iki il ərzində yerli özünüidarədən vədlər alır, amma hələ də binada bərpa işləri aparılmayıb.

Akif bildirir ki, onun yaşadığı bina uçur və buna görə də qonşuların bir qismi Nərimanov 1 ünvanında yerləşən binanı tərk ediblər.

“Marneuli” radiosu iki aydan artıqdır ki, Marneuli meriyasının Nərimanov 1 ünvanında yerləşən binada hansı işlər həyata keçirməyi planlaşdırdığını öyrənməyə çalışır. 12 aprel tarixində, meriyaya rəsmi məktubla müraciət etdik. Çünki bizə dedilər ki, məsələ genişdir və şifahi şərh verə bilməzlər. 12 aprel tarixindən rəsmi məktuba cavab gözləyirik, amma meriya hələ də susur. Meriyadan bu gün, 27 iyun tarixində bildiriblər ki, məktubun cavabı hələ də hazır deyil.

Marneuli meriyası 2022-ci il, 26 iyun tarixində, eyvanların uçmasından sonra bina sakinlərini mehmanxanaya köçürdü. Nərimanov1 ünvanında yaşayan 28 nəfər bir neçə həftə mehmanxanada qalıb, meriya “Qafqaz” mehmanxanasına 110 200 lari ödəyib. Eyvanı uçmuş binanın vəziyyətini Levan Samxarauli adına Məhkəmənin Milli Ekspertiza Bürosu araşdırıb. Onların nəticəsinə görə, binanın möhkəmləndirməyə ehtiyacı var. Onun eyvanlarından istifadə etmək təhlükəlidir. Buna baxmayaraq Nərimanov 1 ünvanında yerləşən bina sakinləri yenidən yaşamaq üçün oraya qayıdıblar. Özünüidarə 2022-ci ilin 18 noyabr tarixində binanın bərpası üçün 2 121 737 lari dəyərində tender elan edib. Ancaq tenderdə heç bir şirkət iştirak etməyib. Buna görə də tender baş tutmayıb. 2023-cü ilin büdcəsində Marneuli meriyası eyvanları uçmuş binanın bərpasına 1 715 500 lari ayırıb, amma bina ötən il də təmir olunmayıb. 2024-cü ildə Nərimanov 1 ünvanındakı bina üçün büdcədə ayrı maddə ayrılmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google