Marneuli meriyası şəhər və kəndlərdə stadionların, idman qurğularının quraşdırılmasına 1 814 870 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi Marneuli şəhəri və kəndlərdə stadionların və açıq idman məkanlarının quraşdırılması/təmiri üçün 12 tender elan edib.

Marneuli meriyası idman meydançaları və açıq idman məkanlarının quraşdırılmasına ümumilikdə 1 814 870 lari xərcləməyi planlaşdırır.

Layihələri və onlara xərclənəcək vəsaitin miqdarını sizə təqdim edirik:
  • Marneuli şəhərində, “Yenə də Böyüyəcəklər” ərazisində basketbol meydançasının qurulması – 63 645 lari
  • Dəmyə
    Görarxı kəndindəki idman meydançasının bərpası – 94 446 lari
  • Tamarisi kəndindəki idman meydançasının bərpası – 82 123 lari
  • Saimerlo kəndindəki idman meydançasının bərpası – 108 445 lari
  • Tsereteli kəndindəki idman meydançasının bərpası – 87 956 lari
  • Marneuli şəhəri Rustaveli küçəsində fitnes trenajorların qurulması – 56 958 lari
  • Daştəpə kəndində idman meydançasının qurulması – 188 606 lari
  • Marneuli şəhəri 20 yanvar küçəsində idman meydançasının və fitnes trenajorların quraşdırılması – 263 760 lari
  • Qullar kəndində idman meydançasının qurulması – 187 799 lari
  • Marneulidə Yağlıca küçəsində eko miqrantlar məntəqəsində idman meydançasının və trenajorların quraşdırılması – 247 321 lari
  • Qırmızıkənddə idman meydançasının quraşdırılması – 188 450 lari
  • Maradisi kəndində idman meydançasının və həyət trenajorlarının quraşdırılması – 245 361 lari
Marneuli yerli özünüidarəsi Marneuli şəhəri və kəndlərdə stadion, açıq idman məkanlarının quraşdırılması üçün tenderləri 17 iyun tarixində elan edib. 12 tenderin hamısına 3 iyuldan 8 iyul tarixində qədər təkliflərin qəbulu davam edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google