Qiorqi Mikautadze - dayanmaq fikrində deyilik, Avropa çempionatı yeni başlayıb
Avro-2024-ün qrup mərhələsi başa çatdıqdan sonra qolçular mübahisəsinə Gürcüstan millisinin hücumçusu Qiorqi Mikautadze başçılıq edir. O, üç oyunda üç qol vurub, bir məhsuldar ötürmə edib.

Tarixi uğurdan sonra qitə birinciliyinin 16-cı finalına yüksələn Mikautadze Birinci Kanala bu qələbənin əhəmiyyətindən danışıb.

“Gürcüstan qalib gəldi və biz Avropa çempionatının 1/8 finalına çıxdıq. Azarkeşlərə necə təşəkkür edəcəyimi bilmirəm, onlar hər zaman arxamızdadırlar və biz onları sevindirmək üçün
hər şeyi edirik.

Dayanmaq fikrində deyilik, Avropa çempionatı yeni başlayıb. Biz bilirik ki, növbəti rəqibimiz İspaniya olacaq və biz növbəti mərhələyə çıxmaq üçün hər şeyi etməliyik”,
- Mikautadze bildirib.

1/8 finalda Gürcüstan və İspaniya komandalarının görüşü iyunun 30-da Kölndə keçiriləcək.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google