Meriya Təkəli kəndində hovuzun qurulması üçün 39 883 lari dəyərində alqı-satqını birbaşa qaydada həyata keçirib
Marneuli bələdiyyəsinin Təkəli kəndində dəmir-beton hovuzun bərpasına 39 883 lari 28 tetri xərclənəcək.

Yerli özünüidarə işlər üçün sadələşdirilmiş alqı-satqı həyata keçirib və “Pila 2010” MMC ilə kəndə dəstək proqramı çərçivəsində müqavilə bağlayıb. Layihəyə əsasən, Təkəlidəki hovuzun bərpasına 20 771,27 lari xərclənəcək. Hovuzun hasarlanması üçün 12 043,67 lari ayrılıb.

Ayrılmış vəsaitin 50,14%-i dövlət büdcəsi, 49,86%-i isə
yerli özünüidarə maliyyələşdirir.

Qeyd edək ki, Təkəlidə layihəni həyata keçirən şirkət ilə Marneuli meriyası birbaşa qaydada dəfələrlə müqavilə bağlayıb. “Pila 2010” MMC-nin 40 dövlət alqı-satqısı qeydə alınır. Tenderlərin əksəriyyətini, 52,5%-ni qazanmayıb, 25% baş tutmayıb, 20% qazanıb, 2,5% isə həyata keçirilir. Sadələşdirilmiş müqavilələrdə “Pila 2010” MMC-nin 42 tenderi qeydə alınır. Onların müqavilələrinin ümumi dəyəri 1 033 579 lari 22 tetridir.

Həmin şirkətin 100%-lik səhmlərinin sahibi Şio Kapanadzedir. Şirkətin ünvanı Bolnisidə qeydə alınır və tenderlərdə əsasən Kvemo Kartli miqyasında iştirak edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google