Meriya sıradan çıxmış işıqfor üçün akkumulyator və UPS-i 3265 lariyə alıb
Marneuli meriyası sıradan çıxmış işıqfor üçün akkumulyator və UPS alıb. Bələdiyyə təmir olunacaq materialı sadələşdirilmiş qaydada “Qzacvaredini” MMC-dən 3265 lariyə alıb.

“Bildiyiniz kimi, 2024-cü ilin 21 iyun tarixli 178 saylı müqaviləsi əsasında “Qzacvaredini” MMC Marneuli şəhəri, Rustaveli və Ağmaşenebeli küçələrinin kəsişməsindəki işıqforun diaqnostika-yoxlamasını həyata keçirib. Nəticədə aydın olub ki, işıqforların idarəetmə şkafındakı 3 ədəd akkumulyator (ES 65-12)
və bir ədəd UPS (UPS EP TOWER 1101 1KVA) sıradan çıxıb. Bu səbəbdən işıqfor fəaliyyət göstərmir. Buradan irəli gələrək, xahiş edirik, Maliyyə-Büdcə Xidmətinə Marneuli şəhərində, Rustaveli və Ağmaşenebeli küçələrinin kəsişməsindəki işıqforların fəaliyyəti, bərpası məqsədi ilə müvafiq xidmətə 3 ədəd akkumulyator (ES 65-12), bir ədəd UPS (UPS EP TOWER 1101 1KVA) alınması ilə bağlı tapşırıq verəsiniz”,
– izahatnamədə qeyd olunub.

Marneulinin yeganə işıqforu bir həftədən artıqdır, işləmir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google