İstintaq Xidməti: Zorakılıq hadisəsinə görə təhlükəsizlik polisi müfəttişinə qarşı ittiham irəli sürdük
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin müfəttişi qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və özgənin əmlakına ziyan vurma faktıına görə ittiham olunub.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, 2024-cü il fevralın 15-də Qardabani rayonu ərazisində təqsirləndirilən asayiş keşikçisi zərərçəkmişin avtomobilini dəmir əşya ilə zədələyib, bundan sonra isə zərərçəkmişin bədəninin
müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Qurumdan verilən məlumata görə, hadisənin şahidi olan şəxslər dindirilib, hadisə yerinə və zədələnmiş avtomobilə baxış keçirilib, müxtəlif maddi sübutlar götürülüb, daha sonra mühafizə polisinin müfəttişinə Gürcüstan Mülki Məcəlləsinin 118-ci maddənin birinci hissəsi və 187-ci maddəsinin birinci hissəsi ilə ittiham elan edilib.

Cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmaları davam etdirir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google