Parlament yeni üzv Arçil Qorduladzenin qəbuluna səs verib.

Parlamentdə deputat Qia Tsaqareişvilini Arçil Qorduladze əvəz edəcək


Bu gün parlament yeni üzv Arçil Qorduladzenin qəbuluna səs verib. 0 əleyhinə 77 səslə Qorduladze parlamentin yeni üzvü olub. Müxalifətdən olan deputatların mütləq əksəriyyəti səsvermədə iştirak etməyib. Sessiyanın əvvəlində zalda yalnız “Qirçi”nin üzvü Vaxtanq Meqrelişvili olub.

Arçil Qorduladze bir neçə gün əvvəl səhiyyə nazirinin müavini təyin edilmiş Qia
Tsaqareişvilini əvəz edəcək.

2023-cü ildən indiyədək Qorduladze Tbilisi Şəhər Şurasının Hüquq Məsələləri və İnsan Hüquqlarının Müdafiəsi Komissiyasının sədri olub. Şəhər Şurasının saytında dərc olunan məlumata görə, o, illərdir parlamentdə işləyib: əvvəlcə “Gürcü arzusu” fraksiyasının hüquq şöbəsinin müdiri, sonra isə həmin fraksiya aparatının rəhbəri olub.

Arçil Qorduladze bakalavr və magistr dərəcələrini Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsində alıb. Hal-hazırda həmin universitetin doktorantıdır. 2019-2020-ci illərdə universitetin qonaq müəllimi olub.

Qia Tsaqareişviliyə gəlincə, o, parlamentdə olarkən ölkədə vətəndaş təşkilatlarını və medianı məhdudlaşdıran rus qanununun qəbulunu dəstəkləyib. Qərb dövlətləri bu qanunun qəbulu ilə əlaqədar Gürcüstanın Avropa İttifaqına daxil olması prosesinin dayandırıldığını iddia edirlər.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google