DTX: Partlayıcı qurğu ilə bağlı yalan xəbərə görə bir nəfəri həbs etdik
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, onların həyata keçirdikləri antiterror fəaliyyəti nəticəsində bir Gürcüstan vətəndaşı terrorçuluq haqqında yalan məlumat vermək faktı ilə saxlanılıb.

“Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalara əsasən, bu il mayın 6-da saxlanılan şəxs Batumi şəhərinin iri ticarət mərkəzlərindən birində partlayıcı qurğunun olması barədə məlumat verib. Daxil olmuş bildirişlə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin terrorçuluğa qarşı mübarizə
bölmələri tərəfindən sözügedən ticarət mərkəzində terrorçuluğa qarşı protokolda nəzərdə tutulmuş müxtəlif növ xüsusi tədbirlər həyata keçirilmiş, nəticədə əhalinin toplaşdığı yerdə partlayıcı qurğunun olმაması müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 331-ci maddəsi ilə araşdırma aparır. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq tədbirləri çərçivəsində ölkə ərazisində müxtəlif dövrlərdə əhalinin toplaşdığı yerlərdə, ticarət mərkəzlərində, təhsil müəssisələrində və beynəlxalq hava limanlarında onlarla yalan məlumat müəyyən edilib. Terrorla mübarizə aparan araşdırmalar nəticəsində mesajların böyük hissəsinin xaricdən göndərildiyi müəyyən edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfdaş ölkələrin müvafiq qurumları ilə birlikdə yalan məlumatların arxasında duran şəxslərin və qrupların müəyyənləşdirilməsi istiqamətində fəal iş aparır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi qeyd olunan faktlarla bağlı araşdırmalarını aktiv mərhələdə davam etdirir. Hazırda konkret şəxslər müəyyən edilib, barələrində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Eyni zamanda vurğulayırıq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin terrorizmlə bağlı yalan məlumatların faktlarına reaksiyası kifayət qədər sərt olacaq”,
- Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google