Tbilisidə bir nəfər saxta pul satmaq ittihamı ilə saxlanılıb

Maliyyə Nazirliyinin əməliyyat-istintaq xidməti saxta pul satmaq ittihamı ilə bir nəfəri saxlayıb.


“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi sərvət əldə etmək məqsədilə Tbilisidə ümumilikdə 3700 ABŞ dolları məbləğində saxta 100 dollarlıq əskinasları nağdlaşdırıb”, - istintaq xidməti bildirib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxta əskinasların tamamilə götürüldüyünü qeyd edib.

İstintaq Cinayət Məcəlləsinin 212-ci maddəsinin 7
ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan ikinci hissəsi ilə aparılır.
Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google