Komitə seçki məcəlləsinə qoyulan vetonun dəf edilməsini dəstəkləyib

Qanun layihəsini prezidentin parlament katibi Qiorqi Msxiladze təqdim edib.


Səsvermə zamanı deputatlar əsaslandırılmış iradları nəzərə almayaraq vetonun dəf olunmasını dəstəkləyiblər. Plenar iclasda məsələ ilə bağlı yekun qərar veriləcək.

Prezident mayın 30-da Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə veto qoyub, ona əsasən yüksək kvorumla (2/3) MSK-da qərar qəbul etmə proseduru dəyişdirilib, yeni dəyişikliklə isə MSK qərar qəbul edə bilmədikdə
ən azı üçdə iki səs çoxluğu ilə qərar qəbul edilərsə, MSK-nın həmin iclasında yenidən səsvermə keçiriləcək və MSK-nın tam tərkibinin çoxluğu tərəfindən dəstəkləndiyi təqdirdə qərar qəbul edilmiş hesab ediləcək.

Prezidentin əsaslandırılmış nitqində qeyd olunub ki, Məcəlləyə edilən dəyişikliklər MSK-nın qərarının legitimliyini azaldacaq, müxalifətin iştirakının keyfiyyətini pisləşdirəcək və prosesdə konsensus təmin etməyəcək.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google