Marneulidə gender büdcəsinin hazırlanması planlaşdırılır

18 iyul tarixində Marneuli meriyasında gender büdcəsinin yaradılmasını müzakirə ediblər.

Bizimlə söhbət zamanı GİPA-nın lektoru Nino Loladze qeyd edir ki, 9 bələdiyyədə gender büdcəsi yaradılacaq.

"Yerli özünüidarəetmənin Maliyyə Assosiasiyası “Gender büdcəsinin bələdiyyələrdə hazırlanması” layihəsini hazırlayır. Bu BMT-nin Qadın Təşkilatı (UN WOMEN) tərəfindən maliyyələşdirilən layihədir. Bələdiyyələrdən biri Marneulidir. Bu layihə çərçivəsində Marneuli bələdiyyəsi analzi ediləcək ki, büdcədə gender aspekti nə dərəcədə nəzərə alınıb. Sonradan bu analizə istinadən ekspertlər bələdiyyənin qoşulması ilə gender büdcəsini hazırlayacaqlar” – Nino Loladze deyir.

Görüşdə Marneulinin QHT nümayəndələri və yerli özünüidarəetmə nümayəndələri iştirak edirdilər.

Qeyd olunan işlər aparılana qədər Loladzenin sözlərinə görə təlimlər keçirmək lazımdır. Gender büdcəsinin məsələləri üzrə təlim 2019-cu ilin sentyabr ayında və 2020-ci ilin mayında keçiriləcək.

 

 

Print Email
FaceBook Twitter Google