Marneulidə görmə və eşitmə qüsuru olan insanların ehtiyaclarının araşdırılması üçün yeni layihə başladı

Bu gün, 22 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində yeni “Effektiv sosial proqramların planlaşdırılması üçün təbliğat” layihəsinin təqdimatı keçirildi.



Layihənin məqsədi bələdiyyə proqramlarının görmə və eşitmə qüsuru olan benefisiarların ehtiyaclarının analizi əsasında bələdiyyənin 2020-ci il büdcəsinin müvafiq proqramlarında dəyişikliklərə nail olmaq üçün benefisiarların iştirakı ilə təbliğat kampaniyasının keçirilməsidir. Mövzu ilə bağlı “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladze ilə söhbət etdik.

“Layihənin benefisiarları olan görmə və eşitmə qüsurlu insanlar ehtiyacların aşkarlanması prosesində iştirak edəcəklər. Mexanizm hazırlamağı planlaşdırırıq ki, bunun da hazırlanması və tətbiq olunmasında yerli özünüidarənin iştirakı mühümdür. Bununla da bələdiyyənin sosial proqramlarının benefisiarlarının ehtiyacları həqiqətən də dəyərləndirilər və yeni proqram və xidmətlər onların iştirakı ilə hazırlanar”, – Olqa Endeladze deyir.

“Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədrinin sözlərinə görə, müasir sosial proqramların planlaşdırılmasına yanaşma səmərəlidir, bu isə ehtiyaclar araşdırılmadan mümkün deyil.

“Effektiv sosial proqramların planlaşdırılması üçün təbliğat” layihəsi çərçivəsində gələn həftə ərzində görmə və eşitmə qüsurlu insanlar, onların valideynləri və ailə üzvləri ilə fokus qrup keçiriləcək. Görüşdən sonra aşkarlanmış ehtiyacların analizi isə ictimai şəkildə keçiriləcək.

 

Print Email
FaceBook Twitter Google