Marneulinin keçmiş meri Gürcüstanın Atletika Federasiyasının vitse-prezidenti olub

Marneulinin keçmiş meri, qeyri-insani rəftarda ittiham olunan Temur Abazov Atletika Federasiyasının vitse-prezidenti olub.

Bu haqda məlumatı Abazov öz “Facebook” səhifəsində yazıb. Keçmiş mer On.ge-yə verdiyi müsahibəsində deyib ki, idmana dəstək ola bilər.

"İdmana dəstək göstərə bilərəm. İdmandan anlayışım var. İdmanla məşğulam. Vaxtım da var və buna görə idmançılara yox demədim. Müttəhim olmağıma baxmayaraq istəyirdilər və məni seçdilər", – Temur Abaazov bildirmişdi.

Bir neçə ay əvvəl “Marneuli” radiosu Temur Abazovla müsahibə yazmışdı. O zaman o, məşqçi statusuma malik idi. İdmanla isə uzun zamandır məşğul olur.

"7 ildir ki, yalnız klassik cüdoya gedirdim. İdmanla məktəb vaxtından məşğulam",
– Temur Abaazov bildirmişdi.

O, 2017-ci ilin özünüidarəetmə seçkilərində Marneulinin meri seçilmişdi. Temur Abazov bu vəzifədə 8 ay qalmışdı. 14 iyun tarixində prokurorluq onu Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani rəftarda ittiham edib. Abazov girov qarşılığında azad olunub. Ancaq işlə bağlı araşdırma prosesi hələ başa çatmayıb.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google