Güllübağ parkına atraksion quraşdırılacaq
Marneuli bələdiyyəsinin Güllübağ kəndində kəndə dəstək proqramı çərçivəsində park salınacaq. Bələdiyyə işləri sadələşdirilmiş qaydada həyata keçirməyə qərar verib. Layihəyə əsasən, ərazi hasarlanacaq və iki əyləncəli atraksion yerləşdiriləcək.

İşləri fərdi sahibkar Həsrət Musayev həyata keçirəcək. Marneuli meriyası ona 11 531,21 lari ödəyib.

Qeyd edək ki, yerli özünüidarə kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək layihələrdə əksər hallarda sadələşdirilmiş müqavilədən istifadə edir və hökumətin sərəncamına görə, bu yolveriləndir.

“Gürcüstan dövlət büdcəsi ilə nəzərdə tutulmuş Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondu tərəfindən, kəndə dəstək proqramının həyata keçirilməsinə qoşulmuş bələdiyyələrə razılıq verilib. Onlar vahid alqı-satqı və həmin proqram çərçivəsində alınacaq tikinti materialları, işlər və həmin işlər üçün lazım olan smeta sənədlərinin hazırlanması xidmətinə ümumilikdə, 50 416 797 lari çərçivəsində sadələşdirilmiş müqavilə bağlaya bilərlər”, – Hökumətin sərəncamında yazılıb.

Print Email
FaceBook Twitter Google