Kürtlərdə suvarma kanalının nasosunu təmir edəcəklər
Marneuli bələdiyyəsinin Kürtlər kəndində suvarma kanalının nasosunu təmir edəcəklər. Yerli özünüidarə işləri sadələşdirilmiş qaydada “İberia Elektroservis” MMC-dən 1874 lariyə alıb.

“Marneuli meriyasına Kürtlər ərazi vahidliyindən daxil edilmiş məktubla əlaqədar bildirmək istəyirik ki, Kürtlər kəndində yerləşən suvarma nasosu Marneuli bələdiyyəsinin əmlakıdır. Məktubu araşdırmaqla müəyyən edildi ki, qeyd olunan suvarma kanalı nasos stansiyasında yerləşdirilmiş 37 kilovatlıq mühərrik sıradan çıxıb və bərpaya ehtiyacı var. Qeyd olunan məsələlərdən irəli gələrək, xahiş edirik, meriyanın müvafiq xidmətinə Kürtlər kəndində yerləşən suvarma nasos stansiyasındakı (37 kv) mühərrikin bərpası məqsədi ilə müvafiq xidmətlərin əldə edilməsini təmin etmək tapşırığı verəsiniz”, – alqı-satqı izahatnaməsində qeyd edilib.

Kürtlər sakinləri nasos stansiyasının təmirini kənd toplantısında tələb ediblər. O zaman meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Maia Naveriani yerli sakinlərə bildirmişdi ki, mühərriki yerli büdcə vəsaiti ilə bərpa edəcəklər.


Print Email
FaceBook Twitter Google