Bloq, vloq və foto hekayə üçün müsabiqə elan olunub
Qadın Məlumat Mərkəzi bloq/vloq/foto hekayə və poster müsabiqəsi elan edib. “Qadınlar bacarır, qadınlar hərəkət edir, qadınlar dəyişir” müsabiqəsi qadın hüquqları ayına həsr olunur.

Müsabiqənin məqsədi gender bərabərliyi və qadın hüquqları məsələrində məlumatlandırma səviyyəsinin yüksəldilməsidir.

Qalib gələcək materiallar “Qadın Məlumat Mərkəzinin” feysbuk, Twitter, İnstagram səhifələrində, eləcə də təşkilatın veb-səhifəsində yayımlanacaq. Hətta Qadın Məlumat Mərkəzinin tematik tədbirlərində də təqdim oluna bilər.

Müsabiqə üçün göndərilən işlər bu məsələləri əhatə etməlidir:
  • Yerli səviyyədə qadın siyasətçilərin və qərar qəbul edən şəxslər; Yerli səviyyədə qadın siyasətçilərin yaxşı təcrübəsinin göstərilməsi; Gender kvotasının bələdiyyələrin nümayəndəlik orqanlarında müsbət təsiri və.s;
  • Qadına qarşı və ya ailədə zorakılıq baxımından, bələdiyyədə mövcud olan yaxşı təcrübə və yerli səviyyədə mövcud problemlər;
  • Qadınların hüquqi vəziyyətinə və ictimai fikirin formalaşmasına mənfi təsir göstərən gender stereotipləri və zərərli təcrübələr (siyasətdə, təhsildə, işlə təmin etmədə və başqa sahələrdə);
  • Gender barədə dezinformasiya.
Kreativ və məzmunu layihənin hədəf bələdiyyələrinə (Xaşuri, Bolnisi, Keda, Zuqdidi, Xaraqauli) aid olan işlərə üstünlük veriləcək.

!!Məlumat materialları xüsusilə bu müsabiqə üçün hazırlanmalıdır və başqa məlumat kanallarında yayımlanmış olmamalıdır. Mövzusu/məzmunu layihənin hədəf bələdiyyələrinə (Xaşuri, Bolnisi, Keda, Zuqdidi, Xaraqauli) aid olan işlər üstünlük veriləcək. Yaxşı olar ki, materiallarda istifadə olunan dil ictimaiyyət üçün asan başa düşülən olmalıdır.

Qalib gələn müsabiqə materiallarının müəllifləri pul mükafatı ilə mükafatlandırılacaqlar. Mükafat üçün pul əlavə dəyər vergisi və təqaüd yığımı da daxil olmaqla 300 laridir.

Müsabiqə işlərinin son qəbul vaxtı 3 mart, saat 12:00-dır. Qalib işləri Qadın Məlumat Mərkəzinin komandası tərəfindən, nəzərdə tutulmuş meyarlara uyğun olaraq müəyyən olunacaq.

Maraqlanan şəxslər işlərini qeyd olunan elektron ünvana göndərə bilərlər: CLOAKING ; CLOAKING ; CLOAKING

Xahiş edirik, məktubda müəllifin adı, soyadı, əlaqə məlumatları və fotosunu da göndərin.

Müsabiqə haqda daha ətraflı məlumat üçün linkə daxil olun.

Print Email
FaceBook Twitter Google