2024-cü il imtahanları üçün qeydiyyat tarixləri artıq məlumdur
Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məlumatına görə, 2024-cü ilin vahid milli, ümumi magistratura imtahanları, eləcə də tələbələrin qrant müsabiqəsi üçün qeydiyyat 4 mart tarixində, saat 10:00-da başlayacaq və 4 aprel saat 18:00-da başa çatacaq.
Qeydiyyat prosesi bu il də bir neçə mərhələdən ibarətdir.

"Əsas mərhələdə abituriyent 4 aprel tarixi, saat 18:00-dək şəxsi məlumatlarını doldurmalı, imtahan şəhərini, imtahan verəcəyi fənləri seçməlidir. Bu müddət bitdikdən sonra abituriyent qeydiyyatdan keçə bilməyəcək. Abituriyentlər 15 aprel tarixi, saat 18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahan dilini dəyişə bilərlər. Təhsil proqramları siyahısında isə apelyasiya nəticələrinin dərc edilməsinin növbəti gününə qədər dəyişiklik edə bilərlər”, – Qiymətləndirmə və Milli İmtahan Mərkəzinin veb-səhifəsində qeyd olunub.

İmtahan mərkəzləri yenə Tbilisi, Rustavi, Telavi, Qori, Zuqdidi, Kutaisi, Poti, Ozurgeti, Batumi, Axaltsixe, Xulo və Ambrolauridə açılacaq.

Print Email
FaceBook Twitter Google