Meriya 150 kv m bayrağa 6 800 lari ödəyib
Marneuli meriyası 62 bayrağa 8 850 lari ödəyib. Yerli özünüidarə bayraqları sadələşdirilmiş qaydada fərdi sahibkar Əkrəm Qəhrəmanovdan alıb. Meriya hündürlüyü 10 metr, eni 15 metr olan 1 bayrağa 6 800 lari ödəyib. 4 metrlik bayrağı isə 1 270 lariyə, 100 santimetrlik 60 ədəd bayrağı isə 780 lariyə alıblar.

“Xatırlatmaq istərdik ki, hər il Marneuli yerli özünüidarəsi zəruri təşkilati və inzibati ehtiyaclardan irəli gələrək müxtəlif xüsusiyyətlərə və parametrlərə malik bayraqlar alır. Cari ilin ehtiyacları üçün müvafiq bazar araşdırması prosesinə başlamışıq. Beləliklə, satınalmanın yuxarı həddi tənzimlənən dövlət qanunvericiliyi ilə müəyyən edilmiş sadələşdirilmiş satınalma həddini aşır. Ona görə də qanunvericilikdə nəzərdə tutulmuş tədbirin həyata keçirilməsini təmin etmək üçün müvafiq xidmətə tapşırıq verməyinizi istərdik”, – sadələşdirilmiş tenderin izahatnaməsində yazılıb.

Meriyanın 10 metrlik bayrağı hansı məqsədlə aldığı və haraya yerləşdirəcəyi ilə bağlı “Marneuli” radiosu Marneuli meriyasından cavab gözləyir.

Cavab alan kimi material yenilənəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google