Kvemo-Kartlidə yaşayan etnik azərbaycanlı gənclər üçün yay düşərgəsi elan olunub
Kvemo-Kartlidə yaşayan etnik azərbaycanlı gənclər üçün yay düşərgəsi elan olunub.
Yay düşərgəsi Gürcüstan Məhkəməsinin Mühafizəçisi tərəfindən həyata keçirilən “Hüquqların müdafiəsinin təşviqi naminə etnik azlıqların sosiallaşması” layihəsi çərçivəsində 2024-cü ilin iyun ayında keçiriləcək.

Layihənin məqsədi hüquqi sosiallaşmanı təşviq etməklə etnik azlıqların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsidir.

Layihədə Kvemo-Kartlidə yaşayan 18-30 yaş arası etnik azərbaycanlı gənclər (gürcü dilini bilməyən şəxslər) iştirak edə bilər.

Yay düşərgəsinə xüsusi seçilmiş təlimçilər tərəfindən keçiriləcək 4 günlük intensiv təlimlər daxildir. İştirakçılar bir tərəfdən məhkəmə və insan hüquqları, digər tərəfdən isə məlumat kampaniyalarının planlaşdırılması/həyata keçirilməsi mərhələləri haqqında məlumat alacaqlar.

Yay düşərgəsində iştirak etmək istəyənlər verilmiş keçidə https://docs.google.com daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat tarixi 10 aprel 2024-cü ilə qədərdir.

Müraciətlər qəbul edildikdən sonra düşərgəyə müsahibə əsasında 20 iştirakçı seçiləcək.

Qeyd olunan layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gürcüstanda hüquqların müdafiəsinin monitorinqi və təşviqat potensialının gücləndirilməsi” proqramı çərçivəsində həyata keçirilir.

Layihə Niderland Helsinki Komitəsi (NHC), “Hert School”, İnsan Hüquqları Mərkəzi və Gürcüstanın Demokratik Təşəbbüsünün dəstəyi ilə həyata keçirilir.

Bu haqda məlumatı “Sasamartlos Gushaqi” səhifəsi paylaşıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google