Marneuli məktəblərində 208 nəfər eksternat imtahanı verib
Marneuli məktəblərində eksternat imtahanları başa çatıb. İmtahana qeydiyyatdan keçmiş 216 nəfərdən 208-i baryeri aşa bilib.

Təhsil Resurs Mərkəzinin nümayəndəsi Nana Mosiaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, orta pilləni 124 nəfər, baza pilləsini 24 nəfər keçib, 60 nəfər isə başlanğıc pillədə eksternat imtahanını verə bilib.

Belə çıxır ki, qeydiyyatdan keçənlərin əksəriyyəti imtahanı verib, 8 nəfər isə baryari aşa bilməyib.

Marneuli məktəblərində I-XII siniflərin proqramının ekstern formasını keçmək istəyənlər üçün imtahan bu il 18 martdan 29 marta qədər davam etdi.

Təhsil və Elm Nazirliyinin məlumatına görə, şəxsin yaşı ekstern qaydada keçəcəkləri sinfin şagirdlərinin yaş qrupuna uyğun olduqda və ya ondan çox olduqda, əvvəlki sinfin təhsil proqramından keçibsə, imtahanda iştirak etmək hüququna malikdir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google