Giorgi Qaxariya Pankisi əhalisinə: Polisə daş atıbsınız, bizə nə deyə bilərsiniz?
“Polisə daş atıbsınız, bizə nə deyə bilərsiniz” – Pankisidə qarşıdurma yerinə getmiş Qaxariya yerli əhaliyə belə müraciət edib. Dİ nazirinin bəyanatına görə hər bir adamın hüququ qorunmalıdır və həmçinin, bu yalnız əhaliyə aid deyil, polisə və hesin tikintisində işlə təmin olunan fəhlələlərə də aiddir. Yerində əlavə qüvvələrin toplanması niyə vacib olub sualına cavab olaraq Dİ naziri bildirib ki, bu yalnız vəziyyət gərginləşdikdən sonra olub.

“İndi oturmalıyıq və hansısa arqumentiniz və ya sözünüz varsa buradayq. Nə qədər istəyirzini o qədər danışaq. Heç kim heç bir halda hansısa Gürcüstan vətəndaşının hüququnun pozulmasına yol verməyəcək. Nə sizin, nə formalıların nə də ki, inşaatçıların. Amma bununla bağlı danışmalıyıq və həll etməliyik. Belə olmaz. Əlavə qüvvələrin gətirilməsi konflikt kəskin fazaya daxil olanda lazım oldu” – Giorgi Qaxariya bildirib.

Mənbə: rustavi2.ge
Print Email
FaceBook Twitter Google