Qardabanlı müəllimə qarşı törədilməsi güman edilən zorakılıq faktı ilə bağlı istintaq başlayıb
Gürcüstan Daxili İşlər Nazirliyi Qardabani
bələdiyyəsinin ictimai məktəblərindən birinin Coğrafiya müəllimi,
Həmid Sadıqlıya qarşı törədilməsi güman edilən zorakılığı
araşdırır.
Mediada yayımlanan məlumata görə, Həmid Sadıqlı Facebookda erkən
evliliyə etiraz edib və ali təhsil müəssisəsinə qəbul olmağı
planlaşdıran qız şagirdlərindən birinin evlənmək məqsədi ilə
qaçırılması faktını ictimailəşdirib. Qızı ailəsinə qaytarıblar.
Bundan inciyən yerli sakinlərin bir hissəsi Həmidi təhqir edib və
üzr istəməsini tələb ediblər. Bunun əks olunduğu videonu isə sosial
şəbəkədə yayımlayıblar.
Coğrafiya müəlliminə qarşı törədilən faktla bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparılır. Sadıqlının
Netgazetiyə bildirdiyinə görə polisdən dünən zəng vurublar və bir
neçə saat ərzində onu dindirilməyə aparıblar.
DİN-dən bildirirlər ki, işlə bağlı istintaq fəaliyyəti artıq
başlayıb.
Qızın qaçırılması hadisəsindən sonra DİN 19 yaşlı qızın evlənmək
məqsədi ilə qanunsuz azadlıqdan məhrum edilməsində iştirak edən iki
nəfəri həbs edib. Cinayət 7-dən 10 ilə qədər azadlıqdan
məhrumetməni nəzərdə tutur.