Tbilisidə yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, üç nəfər isə yaralanıb
Tbilisinin Tsodne Dadiani prospektində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən Netgazeti-yə bildiriblər ki, hadisə nəticəsində üç maşın bir-biri ilə toqquşub. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat hərəkətinin təhlükəsizlik və ya istismarı qaydasının pozulmasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google