Spikeri: "ADR-in müstəqilliyinin elan edilməsi Azərbaycanın tərəqqisinə yeni təkan verdi"
"1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin elan edilməsi Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə yeni təkan verdi".

Bu, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin azərbaycanlı həmkarı Sahibə Qafarovaya tviter hesabında ünvanladığı təbrikində yer alıb.

"Müstəqillik Gününüz mübarək! Qoy qardaş xalqlarımızın daha yaxşı gələcəyi naminə növbəti onilliklərdə əlaqələrimiz inkişaf etsin!", - təbrikdə deyilir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google