Tbilisidə səfərdə olan İsveçin vəliəhd şahzadəsi Viktoriya
Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Görüş Prezidentin Orbeliani sarayında keçirilib.
İsveçin Gürcüstandakı səfirliyinin məlumatına görə, səfər 2023-cü
ilin ikinci yarısında İsveçin Avropa İttifaqı Şurasına sədrliyi
proqramı çərçivəsində baş tutub.