Marneuli bazarında 5 iyuna olan qiymətlərlə 1 kiloqram çiyələyin
təxmini qiyməti 5 laridən başlayır və 13 lariyə qədər dəyişir.

Satıcılar bu gün müştərilərin az olmasından şikayət edirlər.
Deyirlər ki, digər illərlə müqayisədə alıcılar azdır. Mövcud
vəziyyəti iqtisadi böhranla izah edir və deyirlər ki, onlar da
məhsulları baha qiymətə almalı olurlar. Marneuli aqrar bazarında
məhsulların 5 iyuna olan qiymətlərini sizə təqdim edirik. (1
kiloqramın qiyməti qeyd olunub)

- Çiyələk – 5-13 lari
- Pomidor – 2 lari
- Çəhrayı pomidor – 3 lari
- Ərik – 7 lari
- Xiyar – 2 lari
- Badımcan – 3 lari
- Yaşıl lobya- 4 lari
- Yaşıl bolqar bibəri – 2,50 lari
- Təzə kartof – 1,50
- Kök – 2 lari
- Soğan – 2 lari
- Sarımsaq – 6 lari
- Şaftalı – 3 lari
- Qarpız – 2 lari
- Gilas- 7-8 lari
