Gürcüstan parlamenti “Qiymətli kağızlara sahiblik haqqında”
Gürcüstan qanununu və bununla bağlı “Qiymətli kağızlar bazarı
haqqında” qanuna və bir sıra qanunvericilik aktlarına düzəlişləri
təsdiqləyib. Bu barədə Milli Bank məlumat yayıb.
Onların fikrincə, qiymətli kağızların mülkiyyətini, tədavülünü və
hesablaşmalarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi,
müvafiq olaraq hazırlanmış bazar infrastrukturu kapital bazarında
investorların maraqlarının qorunması və Gürcüstanın qiymətli
kağızlar üzrə etibarlı yurisdiksiyası
kimi nüfuzunun yüksəldilməsi
üçün mühüm vasitədir.
“Qanunvericilik paketi Milli Bank və Beynəlxalq Valyuta Fondunun
ekspertlərinin iştirakı ilə hazırlanıb. Prosesdə İqtisadiyyat və
Dayanıqlı İnkişaf Nazirliyi də fəal iştirak edib. Bundan əlavə,
yerli maliyyə sektorunun müvafiq nümayəndələri ilə məsləhətləşmələr
aparılıb.