Meladzenin sözlərinə görə, DİN indiyədək televiziya yaxınlığındakı pusqu hadisəsinə reaksiya verməyib
İnformasiya xidmətinin rəhbəri Nodar Meladzenin sözlərinə görə, “Tv Pirvelinin” yaydığı kadrlara əsasən, Daxili İşlər Nazirliyi hələ münasibət bildirməsə də, yad şəxslər pusqu qurubmuşlar.

“Əvvəl Daxili İşlər Nazirliyinə, sonra 112-yə zəng etdik. Bütün gecə patrulun gəlməsini gözlədik, amma patrul gəlmədi. Daxili İşlər Nazirliyinə məlumat verdik ki, 2 ədəd dövlət nömrə nişanı olmayan və tranzit nömrələri şübhəli olan
maskalı şəxslər televiziyanın yaxınlığında pusqu qurub, onlar bizi izləyir və təhlükə yaradırlar. Dərhal təhlükəni kim zərərsizləşdirməli idi? Polis. Zəngə gəlmədilər. 5 zəngdən 5-nə də məhəl qoyulmayıb.

Bununla da Qomelauri mediaya, vətəndaşa, jurnalistə deyir ki, kimsə sizə hücum çəkməyə gəlsə və siz polisi çağırsanız, mən gəlməyəcəm. Bu, ən azı məmurun biganəliyinin birbaşa sübutudur”,
- Meladze bildirib.

“Nabici”nin üzvü Lazare Ordenidze də sosial şəbəkədə pusquya salındığı iddiası ilə bağlı yazıb və avtomobilin fotolarını paylaşıb.

“Onlar bütün günü pusquda olsalar da, məni tək tuta bilmədilər. Ümumilikdə ən azı 7 nəfər var idi, 3 ekipaj məni tutmaq üçün “işləyirdi””, - deyə yazıb.


Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google