Sosial Ədalət Mərkəzi Marneuli Bələdiyyə Məclisini vətəndaşların ehtiyaclarına daha həssas yanaşmağa çağırıb
Sosial Ədalət Mərkəzi Marneuli Bələdiyyə Məclisini vətəndaşların ehtiyaclarına daha həssas yanaşmağa çağırıb. Təşkilat Marneuli bələdiyyə büdcəsinin ictimai müzakirəsi prosesinə münasibət bildirib və Marneuli Bələdiyyə Məclisini yerli özünüidarənin mandatını, rolunu düzgün dərk etməyə çağırıb.

Vətəndaşların iştirakı üçün təhlükəsiz və demokratik mühit yaratmağa, insan hüquqlarının müdafiəsi məsələləri ilə bağlı şəxsi bəyanatlarını və mövqeylərini isə Gürcüstan qanunvericiliyinə, insanların real ehtiyaclarına
yaxınlaşdırmağa dəvət edib.

“Cari ilin 21 dekabr tarixində Marneuli bələdiyyə büdcəsinin ictimai müzakirəsi baş tutdu. Müzakirə zamanı “Salam” platformasının nümayəndəsi sual verib, sual yerli özünüidarə səviyyəsində etnik azlıqların dilində tərcümə resursunun yaradılması ilə əlaqədar olub. Qeyd olunan suala Marneuli meriyasının İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze cavab verib ki, konstitusiyada administrativə işin gürcü dilində aparıldığı yazılıb. Əgər vətəndaş yerli özünüidarəyə ərizə ilə azərbaycan dilində müraciət edərsə, özünüidarə onu qeydiyyatdan keçirməlidir və müraciət edənə ərizənin notaries tərcüməsini təqdim etmək üçün vaxt təyin etməlidir. Əgər təyin edilmiş vaxt ərzində notariusla təsdiq edilmiş tərcümə təqdim olunmazsa, ərizə müzakirə olunmur. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bu çıxışa kobud tonla cavab verib və bildirib ki, bu sual təxribat xarakterli sualdır. Onun sözlərinə görə, yerli özünüidarə erməni və azərbaycan dilini bilən gənclərin işlədiyi dəftərxana düzəldib. Vətəndaşların xidmətdən yararlanmaqda problemləri olmur. Özünüidarəs tərəfindən sosial şəbəkələrə yerləşdirilmiş press-relizlər və məlumatlar dövri olaraq tərcümə olunur. Ancaq buna baxmayaraq o, bildirib ki, azlıqların dilindən istifadə etmək problemdir. Çünki erməni və azərbaycanl vətəndaşlar üçün (bacı və qardaşlar üçün) inzibati işlərdə ana dilindən istifadə edilməsinə yolversə, o zaman etnik ruslar da rus dilində xidmət tələb edə bilərlər. Bunun müzakirə görüş başa çatdıqdan sonra təəssüf ki, gərginliyə səbəb olub”, – Sosial Ədalət Mərkəzi yazıb.

Təşkilat hesab edir ki, Marneuli Bələdiyyə Məclisi sədrinin səs tonu və onun istifadə etdiyi bələdiyyə yanaşması mülki fəallar üçün təhlükəsiz şərait yaratmır.

Print Email
FaceBook Twitter Google