Marneulidə baş vermiş təbii fəlakətin nəticələrini altı qrup araşdırır
Marneulidə baş vermiş təbii fəlakətin nəticələrini altı işçi qrupu araşdırır. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, dəymiş ziyan haqqında hələ dəqiq məlumat yoxdur. Çünki hələ də vəziyyəti araşdırırlar.

Meriyanın təbii fəlakət və yanğın nəticəsində dəyən ziyanı təyin edən daimi komissiyasına 5 səyyar qrup əlavə olunub, onlar Marneuli miqyasında sahədə
işləyirlər.

Təbii fəlakətlə əlaqədar bələdiyyənin qaynar xətti də fəaliyyət göstərir. Vətəndaşlar qeyd olunan nömrələrə zəng vurub dəyən ziyan haqqında məlumat verə bilərlər:
  • 591 976369
  • 591 975804
Bələdiyyənin 27 may tarixinə qədər qeyd olunan nömrələrə gələn zənglərlə bağlı statistikası yoxdur.

25 may tarixində, gecə saatlarında güclü yağış nəticəsində Algeti, Xrami və Debet çayları daşıb. Marneuli şəhərinin küçələrinin bir qismi su altında qalıb. Həmçinin, bələdiyyənin bir neçə kəndini də su basıb.

Təbii fəlakətin baş verdiyi ərazilərdə hələ də təmizləmə işləri aparılır.

Marneuli bazarından canlı yayın:



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google