Gəlirlər Xidməti: Qırmızı Körpüdə 15 tona qədər bəyan edilməmiş dizel idxalına cəhd olunub

Gəlirlər Xidmətindən verilən məlumata görə, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsinin gömrükçüləri Azərbaycandan gələn yük avtomobilinə gömrük baxışı nəticəsində xüsusi hazırlanmış gizləndiyi yerdə 15 tonadək bəyan edilməmiş dizel yanacağı aşkar ediblər.



“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində Azərbaycan Respublikasından daxil olan yük avtomobili və onun qoşqusunda şübhəli bilinərək aparılan müfəssəl yoxlama nəticəsində 15 tonadək bəyan edilməmiş gömrük baxışı
keçirilib, xüsusi hazırlanmış gizləndiyi yerdə dizel yanacağı aşkar edilib. İş materialları əlavə münasibət bildirilməsi üçün Maliyyə Nazirliyinin İstintaq xidmətinə göndərilib.
Beynəlxalq yükdaşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin hərəkəti zamanı uçota alınmayan yanacağın idxalına gömrük nəzarəti çərçivəsində ciddi nəzarət edilir. Gəlirlər xidməti avtonəqliyyat vasitələri sahiblərini qanunsuz hərəkətlərdən çəkinməyə çağırır”,
- deyə məlumatda bildirilir.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google