Avropa İttifaqı Gürcüstan hökumətinə mülki sektordan 10 dəfə çox yardım ayırıb - Avropa Komissiyasının Direktorluğu
Avropa Komissiyasının Aİ-nin Qonşuluq və Genişlənmə Məsələləri üzrə Baş Direktorluğu Aİ-nin Gürcüstana maliyyə dəstəyi haqqında məlumat dərc edir.
“Aİ-nin Gürcüstana dəstəyi ilə bağlı yanlış şərhə cavab olaraq, aydınlaşdırma xarici təsirin şəffaflığı haqqında qanun kontekstində vacibdir”, - deyə direktorluğun bəyanatında bildirilir.

Onların məlumatına görə, 2019-2024-cü illərdə nazirliklər mülki sektordan 10 dəfə çox dəstək alıb. O cümlədən, 2019-cu
ildən 2024-cü ilə qədər Gürcüstanın dövlət strukturlarına 517 milyon avro, vətəndaş cəmiyyətinə 46 milyon avro, özəl sektora 6 milyon avro ayrılıb.

Direktorluğun məlumatına görə, 2019-2024-cü illərdə Aİ dəstəyindən ən böyük 10 benefisiar aşağıdakılardır:

1. 111,55 milyon avro - Regional İnkişaf və İnfrastruktur Nazirliyi/Yerli Hakimiyyətlər;
2. 101,40 milyon avro - Maliyyə Nazirliyi;
3. 62,75 milyon avro - Müdafiə Nazirliyi;
4. 57 milyon avro - Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi;
5. 30,5 milyon avro - İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi;
6. 25,07 milyon avro - Əmək, Səhiyyə və İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlərin Sosial Müdafiəsi Nazirliyi;
7. 19 milyon avro - Miqrasiya Məsələləri üzrə Hökumət Komissiyası;
8. 12,85 milyon avro - Təhsil, Elm və Gənclər Nazirliyi;
9. 10,5 milyon avro - Daxili İşlər Nazirliyi;
10. 7,4 milyon avro – Hökumət Dəftərxanası;

Gürcüstan Parlamentinin adı siyahıda on birincidir və onların məlumatlarına görə, ona 4,8 milyon avro ayrılıb.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google