Daxili İşlər Nazirliyi: Narkotik cinayətlərinə görə 24 nəfəri saxladıq, onlardan 11-i narkotik alverçisidir

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərkəzi Kriminal Polis İdarəsinin, Tbilisi, Acarıstan, Sameqrelo-Zemo Svaneti, Kaxeti və İmereti polis idarələrinin əməkdaşları Baş Prokurorluqla birlikdə narkotik cinayətləri, o cümlədən 11-i narkotik maddə ilə bağlı ittihamlarla 24 nəfəri saxlayıblar.


Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müxtəlif
növ külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitə maddi sübut kimi götürülüb. Polis hakimin hökmü əsasında narkotik vasitələrin bir neçə dəfə nəzarətli alışını həyata keçirib və saxlanılan şəxslərdən həmin alışların gizli audio-video çəkilişi aparılıb.

Narkotik cinayətlərində təqsirli bilinərək saxlanılan şəxslərin fərdi və yaşayış evlərinə baxış zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən onların göstərdikləri müxtəlif ünvanlardan da külli miqdarda narkotik vasitə, o cümlədən “Kokain”, “Buprenorfin”, “Metadon”, "MDMA", "Alpha PVP", "ketamin", "Bio", "Metamfetamin" və "Marixuana" aşkar edilərək götürülüb.
Polis şübhəlilərdən pul və elektron tərəziləri sübut kimi götürüb. Həmçinin narkotik cinayətləri törətməkdə ittiham edilərək saxlnaılan 3 nəfərdən silah-sursat maddi sübut kimi götürülüb”,
- Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 262, 265, 18-260, 19-260, 273, 19-273 və 236-cı maddələri ilə aparılır.

Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google