Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir – Ceyhun Bayramov
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 2023-cü ildə 9 yüz milyon dolları ötüb, bu əvvəlki illə müqayisədə 15% çoxdur.

Bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

O, Azərbaycan şirkəti olan SOCAR-ın Gürcüstanın ən böyük vergi ödəyiciləri sırasında olduğunu vurğulayıb.

“Azərbaycan uzun illərdir Gürcüstan üçün
etibarlı enerji mənbəyidir. Azərbaycan Gürcüstan üzərindən dünya bazarlarına çıxış əldə edir. Bu layihələr nəinki regionun, dünyanın enerji xəritəsinə önəmli töhfə verib”.


Nazir Azərbaycanın Gürcüstanın ən böyük investorlarından biri olduğunu qeyd edib.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google