Azərbaycanda 5 bal gücündə zəlzələ olub
Bu gün, yerli vaxtla saat 07:43-də Azərbaycanın Lerik rayonu ərazisində 5 bal gücündə zəlzələ olub.

Bu barədə AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabadda 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub", – məlumatda qeyd olunub.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

Bundan başqa Azərbaycanın Fövqəladə Hallar Nazirliyi də məlumat yayaraq bildirib ki, ölkənin cənubunda baş vermiş zəlzələ nəticəsində hər hansı dağıntı
və ya insan itkisi barədə məlumat daxil olmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google