Bələdiyyə Məclisinin qərarı ilə Marneuli meriyasının iki əməkdaşının əməkhaqqı artırılacaq
Marneuli Bələdiyyə Məclisinin qərarı ilə meriyanın iki əməkdaşının əməkhaqqı artırılacaq. Bələdiyyə Məclisinin 28 iyun tarixində baş tutan iclasında məsələlərdən biri əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslərin əməkhaqqı miqdarının müəyyən edilməsi ilə bağlı idi.

Marneuli Bələdiyyə Məclisinə məsələni müzakirə etmək üçün Meriyanın İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze təqdim edib. Şubitidze məsələni təqdim edən zaman bildirib ki,
Nəzarət Xidmətində işləyən iki nəfər əmək müqaviləsi ilə öz öhdəliklərindən daha artıq funksiya yerinə yetirirlər və buna görə də onların əməkhaqqının artırılmasını tələb edib.

“Marneuli meriyasında əmək müqaviləsi ilə işə götürülmüş şəxslərin sayı və onların əməkhaqqı haqqında razılıqla bağlı Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr N80 qərarında dəyişiklik edilməsini istəyirik. Dəyişiklik Nəzarət Xidməti tərəfindən verilmiş izahatnamə əsasında yaranıb. İzahatnamədə Nəzarət Şöbəsinə əməkdaşlardan biri müqavilə əsasında işə götürülüb, əmək müqaviləsi ilə qeyd olunmuş funksiyalar ilə müqayisədə daha çox, daha çətin iş yerinər yetirir. Müvafiq olaraq, əməkhaqqının artırılması tələb olunur və Nəzarət Xidmətində də eyni, analoji vəziyyət var. Xahiş edirik, məsələni səsverməyə çıxarasınız ki, dəyişiklik edilsin”, – Mamuka Şubitidze bildirib.

28 iyun tarixində Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclası baş tutub. İclasda üç məsələ müzakirə olunub və hər üç məsələ ilə bağlı müsbət qərar qəbul olunub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google