Gələcəyin gürcü futbolçusu Qardabanili Yusif Mehdiyev – “Dinamo” Tbilisi Akademiyasında gərgin əmək
23 iyun tarixində Qardabaninin Qaracalar kəndindən olan 18 yaşlı gənc futbolçu Yusif Mehdiyev Samirə Bayramovanın aparıcılığı ilə “Koveldge” verilişinin qonağı olub.

Yusif Mehdiyev “Dinamo” Akademiyasının futbolçusu və Gürcüstanın 18 yaşa qədər yığmasının üzvüdür.

“Futbola 8 yaşımda, Rustavidə başladım. Əvvəllər atam futbol oynayırdı, amma peşəkar səviyyədə oynaya bilmədi. İstəyirdi ki, mən oynayım. Mənim futbola həvəsimi gördükdə,
Rustaviyə göndərdi”.


Yusifin sözlərinə görə, o, futbola əyləncə məqsədilə və ona olan sevgisindən irəli gələrək başlayıb.

“İndi əldə etdiyim nailiyyətləri ilk dəfə başlayanda heç təsəvvür belə edə bilmirdim. Yenə məqsədlərim var, onlara da mütləq nail olmalıyam. Atam məndə futbola maraq olduğunu görəndə və futbola qoşulanda, futbol izləməyə başladım. İlk dəfə Real Madridin, Ronaldonun oyununu izləməyə başladım. Bu günə kimi də Ronaldo mənim idealımdır”.

Mehdiyev Gürcüstan millisinin Türkiyə və Çexiya ilə qarşılaşmasında Gürcüstan komandasının nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir və yığmanın yaxşı oyun sərgilədiyini bildirir.

“Bu turnirə ilk dəfə çıxırıq. Ümumiyyətlə burada oynamaq çətindir. Yığmaların hamısı çox güclüdür. Düşünürəm ki, oyunların məğlubiyyətlə və heç-heçə bitməsinə baxmayaraq millimiz çox yaxşı oyun sərgilədi. İndi çox çətin rəqib ilə oyun baş tutacaq. Futbolda həmişə hər şey olur. Ümidvaram ki, bu qrupdan çıxacağıq”.

2022-ci ildə Yusif Mehdiyev sınaq üçün Belçikaya gedib. O, bildirir ki, Avropalı və gürcü futbolçular arasında fərq istedadın olmasında deyil.

“Daha çox peşəkarlıq, psixoloji və fiziki cəhətdən hazırlıqlı olmaq lazımdır. Mən oraya gedəndə çox çətin məşqlər keçirirdilər, amma elə məşqlər Gürcüstanda keçirilmir. Mən Kent şəhərinə hazırlıq dönəminə getdim. Gündə 3 dəfə məşq edirdim. Səhər saat 7:00-da qaçış, günorta topla məşq, axşam güc və ya əksinə. Mən “Dinamo” Akademiyasının bazasında yaşayıram. Hər şey rejimlədir. Səhər tezdən oyanırıq, diyetoloqlar gündə 3 dəfə yemək qaydasını yazırlar. Sağlam qidadır. Bundan əlavə, özümüz stadionda məşq edə bilirik", - Yusif Mehdiyev bildirdi.

Qeyd edək ki, gənc futbolçu 2023-cü ildən məşqlərə Tbilisinin “Dinamo” Akademiyasında davam etməyə başlayıb və həmin il fəslin qalibi tituluna sahib olub.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google