Marneulidə hansı yerlərdə küçə işıqları quraşdırılacaq?
Marneuli meriyası Marneuli şəhərində küçələrin və Marneuli bələdiyyəsinin iki kəndi, Hallavar, Qızılhacılı kəndlərində küçə işıqlarının qurulması işlərinin alqı-satqısı üçün 299 284 lari dəyərində tender elan edib. Tender sənədlərinə görə, küçə işıqları Marneulinin 12 küçəsində quraşdırılacaq:
  • Nərimanov küçəsi
  • Nizami Küçəsi
  • Rustaveli küçəsi
  • Sayatnova küçəsi
  • Sulxan-Saba küçəsi
  • Qurbanov küçəsi
  • Candar qəsəbəsi
  • Keçmiş #1 hərbi məntəqə
  • Marneuli şəhər #1 küçənin sonuncu hissəsi
  • İ.Beritaşvili küçəsi
  • Borçalı küçəsi
  • Musxelişvili küçəsi
Hallavar kəndində
mərkəzi küçədə küçə işıqları quraşdırılacaq.

Qızılhacılıda isə 9 məhəllədə küçə işıqları quraşdırılacaq:
  • Qızılhacılı kəndi Bakı küçəsi (I, II, III döngələr)
  • Qızılhacılı kəndi Tbilisi küçəsi (I, II, III döngələr)
  • Qızılhacılı kəndi Qoqebaşvili küçəsi
  • Qızılhacılı kəndi Tsereteli küçəsi
  • Qızılhacılı kəndi Çavçavadze küçəsi
  • Qızılhacılı kəndi Mehti Hüseyn küçəsi
  • Qızılhacılı kəndi Paliaşvili küçəsi
  • Qızılhacılı kəndi Dumbadze küçəsi
  • Qızılhacılı kəndi Meqobroba küçəsi.
Küçə işıqlarının quraşdırılması ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 27 iyun tarixindən 2 iyul tarixinə qədər iştirak edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 27 gün ərzində işləri təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google