Milli Ətraf Mühit Agentliyi - Qara dənizin suyunun keyfiyyəti bütün perimetr üzrə norma daxilindədir

Milli Ətraf Mühit Agentliyinin apardığı laboratoriya araşdırmalarına görə, Qara dənizin suyunun keyfiyyəti bütün perimetr üzrə norma daxilindədir. Məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.



Onların öz məlumatına görə, agentlik Qara dənizin suyunun keyfiyyətinə davamlı olaraq, hər ay 12 nöqtədə nəzarət edir.

“Tədqiqatlar zamanı hidrobioloji və kimyəvi parametrlər, o cümlədən 13 ağır metalın, ümumi neft karbohidrogenlərinin, 16 poliaromatik
karbohidrogenlərin konsentrasiyası və digər fiziki-kimyəvi parametrlər müəyyən edilir. Qara dənizdən götürülmüş nümunələr analiz üçün Milli Ekologiya Agentliyinin atmosfer havası sularının və torpaq analizlərinin akkreditə olunmuş laboratoriyasına göndərilir. Laboratoriya yüksək dəqiqlikli analitik alətlərlə təchiz olunub və müasir tələblərə və standartlara tam cavab verir. Qeyd edək ki, Avropa İttifaqının dəniz strategiyasının çərçivə direktivinə uyğun olaraq, Milli Ətraf Mühit Agentliyi monitorinq sisteminin təkmilləşdirilməsi üzərində fəal işləyir”,
- məlumatda deyilir.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google