GWP: Tsisamuradakı zərəri aradan qaldırmaq üçün dolama şəbəkəsi təşkil etmək lazımdır
Tbilisi su təchizatı şirkəti "Georgian Water and Power" (GWP) bildirir ki, Tsitsamura yaxınlığında mərkəzi su kəmərinin zədələnməsini aradan qaldırmaq üçün dolama şəbəkəsi təşkil etmək lazımdır.

Sözügedən magistral su kəməri dünən, iyunun 16-da zədələnib, Vake-Saburtalo və Qldani əhalisinin bir hissəsi hələ də su ilə təmin olunmayıb. Şirkət tərəfindən verilən açıqlamada dolama şəbəkəsinin təşkilinə nə qədər vaxt lazım
olacağı göstərilmir.

Şirkət bildirir ki, mərkəzi magistral su kəmərinin zədələnmiş hissəsi Araqvi çayı vadisində yerləşir və GWP-dən asılı olmayaraq, üçüncü tərəflər zaman keçdikcə sözügedən ərazini kütləvi materialla doldurublar və bu, böyük geoloji cəhətdən qeyri-sabit torpaq yamacı yaradıb:

“Alternativ şəbəkənin təşkili üçün dünən geoloqlar və müvafiq texniki qruplarla birgə qəza planı və hazırlıq işlərinə başladıq”, - deyə şirkətdən bildirilib.

Şirkətdən bildirilib ki, su təchizatının bərpası ilə bağlı işlərin gedişi və müddətlər barədə əhaliyə məlumat veriləcək.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google