Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinə
keçiriləcək dörd görüşlə yekun vurulacaq.
Əvvəlcə E qrupunda qərarlaşan komandaların görüşündə Slovakiya
Rumıniya ilə, Ukrayna isə Belçika ilə üz-üzə gələcəklər. Hər iki
görüş Tbilisi vaxtı ilə saat 20:00-da start götürəcək.
F qrupunda isə Çexiya Türkiyə ilə, Gürcüstan isə Portuqaliya ilə
qarşılaşacaq. Bu görüşlər qrup mərhələsindəki sonuncu
qarşıdurmalar
olacaq. Hər iki matç Tbilisi vaxtı ilə saat 23:00-da
başlanacaq.
Rumıniya, Belçika, Slovakiya və Ukraynanın qərarlaşdığı E qrupunda
vəziyyət kirtikdir. Komandaların hərəsinin aktivində üç xal
olduğundan bu turda qalib gələn komanda növbəti mərhələyə
yüksələcək. Əgər görüşlərdən hər hansındasa heç-heçə qeydə
alınarsa, o zaman komandalar arasındakı top fərqinə baxılacaq.
Hazırda aktivində altı xalı olan Portuqaliya millisi F qrupunun
lideri olduğundan 1/8 final mərhələsinə vəsiqəni təmin edib. İkinci
pillədəki Türkiyə seçməsinin aktivində üç xalı var. Çexiya və
Gürcüstan isə hərəyə bir xalla üçüncü və dördüncü pillələri
bölüşürlər.
Türkiyə millisinə növbəti mərhələyə adlamaq üçün heç-heçə də
kifayət edir. Amma Vinçenzo Montellanın komandası Çexiya ilə
görüşdə qalib gələrək 1/8 finala rahat yollanmaq niyyətindədir.
Türkiyəlilər Çexiya ilə görüşdə məğlub olacaqları təqdirdə növbəti
mərhələyə turnir cədvəlinin ən yaxşı üçüncüsü kimi yollanmaq
məcburiyyətində qalacaqlar.
Gürcüstan seçməsinin isə növbəti mərhələyə adlamaq üçün yeganə
şansı Portuqaliya millisinə qalib gəlməkdir. Gürcüstanlılar qalib
gələcəkləri təqdirdə və Türkiyə Çexiya görüşündə heç-heçə qeydə
alınarsa, turnirlə vidalaşmalı olacaqlar. Əgər Portuqaliya seçmə
komandası qalıb gələrsə, Gürcüstan Avropa çempionatındakı
mübarizəsini dayandırmalı olacaq.
25 iyun
E qrupu
Slovakiya - Rumıniya
Saat 20:00, "Deutsche Bank Park"
Ukrayna - Belçika
Saat 20:00, "MHPArena"
F qrupu
Çexiya - Türkiyə
Saat 23:00, "Volksparkstadion"
Gürcüstan - Portuqaliya
Saat 23:00, "Veltins Arena"
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415