İtaliya nəhəngi "Real Madrid"ə Arda Güler ​​üçün təklif göndərdi
Ötən mövsüm La Liqaya keçən və hazırda oyunu ilə parlayan Arda Güler ​​üçün təkliflər yağır.

"Real Madrid"in indiyə qədər bütün təklifləri rədd etdiyi, lakin bu dəfə "Yuventus"un Arda Güler üçün kral klubuna təklif göndərdiyi bildirilir.

Qeyd edək ki, bunadək İspaniyadan "Xetafe", "Sevilya" və "Betis" futbolçunun izinə düşüb. İndi isə Kənan Yıldızın çıxış etdiyi "Yuventus" da
bu sıraya qoşulub.

"Real Madrid" isə Arda Gülerin gedişi üçün qapını bağlayıb. Ançelotti gələn mövsüm Arda Güleri daha çox komandada görmək istəyir. Ən azından Ardanın yeni mövsüm hazırlıqlarına Madriddə başlayacağı dəqiqdir. Ancaq komandadakı ulduz sıxlığı səbəbindən ona oyun vaxtı çatmasa, o zaman Ardanın icarəyə verilməsi gündəmə gələ bilər.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google