Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda aksiya keçirib.

Aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Aksiya çərçivəsində 7 baş iribuynuzlu heyvan kəsilib. Kəsilmiş qurbanlar Tbilisi, Rustavi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi və Laqodexi rayonlarından olan yüzlərlə ailəyə paylanılıb.

QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd
Şamilov mediaya müsahibəsində deyib ki, xalqımızın dini və milli bayramları ərəfəsində aztəminatlı, ehtiyacı olan ailələri ziyarət etmək, onların qayğıları ilə maraqlanmaq, onlara müxtəlif yardımlar göstərmək ənənə halı alıb. Qurban bayramı münasibətilə də Gürcüstanın müxtəlif bölgələrində 500-ə yaxın ailəyə Qurban payı verilib.

QMİ-nin digər nümayəndəsi Sabir Musayev isə bildirib ki, bu cür aksiyalar davamlı olacaq. Onun sözlərinə görə, soydaşlarımız bu yardımı yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və QMİ-yə minnətdarlıq ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google