"Gürcü Arzusu” xarici agentlər haqqında qanunun qəbuluna qarşı çıxan Aİ-yə cavab verib
Gürcüstanın hakim partiyası ölkədə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı çıxan Avropa İttifaqına cavab verib.

"Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib ki, tənqid üçün heç bir əsas yoxdur.

"Tənqid eşidirik, lakin onu əsaslandırmırlar. Qoy bizə desinlər ki, Avropa Komissiyasının doqquz tövsiyəsindən hansı bəndi ilə təşəbbüs edilən layihə ziddiyyət təşkil edir, biz cavab verəcəyik, lakin hələlik tənqid üçün heç bir əsas yoxdur", - M.Mdinaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda qəbul etmək istədikləri “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropa Komissiyasının direktivindən daha yumşaqdır.

Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google